Güc tətbiqi ilə bağlı son qərarı süni intellekt yox insan verməlidir – Vladimir Norov

Baş səhifə

Bakı. Trend:

Süni intellekt informasiya emalında və hədəflərin təhlilində
kömək edə bilər, lakin qüvvənin tətbiqi ilə bağlı son qərar insan
tərəfindən verilməlidir.

Trend xəbər verir
ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) keçmiş baş katibi,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vladimir Norov bu gün
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan
qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışında
bildirib

“Maşınlar beynəlxalq humanitar hüququn tələb etdiyi mənəvi və
kontekstual qərarları qəbul edə bilmir”,- deyə V. Norov qeyd
edib.

Onun sözlərinə görə, süni intellektdən istifadə edən silahlar
beynəlxalq humanitar hüququn normalarına tam uyğun olmalıdır, o
cümlədən fərqləndirmə, nisbətlilik və hərbi zərurət prinsiplərinə
riayət edilməlidir.

“Real döyüş şəraitində döyüşçülərlə mülki əhali arasında
fərqləndirmə tez-tez mürəkkəb insan qiymətləndirilməsi tələb edir
ki, müasir süni intellekt sistemləri bunu etibarlı şəkildə
təkrarlaya bilmirlər”, – deyə V. Norov vurğulayıb.

O həmçinin, əməliyyat təhlükəsizliyi üzrə ciddi tədbirlərin
vacibliyini qeyd edib. Onun sözlərinə görə, avtonom sistemlərdə
operatorun istənilən vaxt müdaxilə etməsi, əməliyyatı ləğv etməsi
və ya sistemi tam dayandırması üçün etibarlı mexanizmlər
olmalıdır.

“Təsadüfi eskalasiyanın və ya nəzarətin itirilməsinin qarşısını
alan qəza- dayandırma funksiyaları, təhlükəsiz gözləmə rejimi və
digər qoruyucu mexanizmlər mütləq olmalıdır”, – deyə V. Norov əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir