Transxəzər boru kəməri marşrutunun reallaşdırılması üçün ciddi səylər göstəririk – Xüsusi nümayəndə

Baş səhifə

Bakı. Trend:

Çinlə münasibətlərimiz mövcud vəziyyətdən asılı olaraq yaxın
xarakter daşıyır. Elə məsələlər var ki, maraqlarımız üst-üstə
düşür. Xüsusilə regionun təhlükəsizliyi, sabitliyi və nəqliyyat
bağlantıları bu sahələrdə ortaq maraqlarımızın olduğu
istiqamətlərdir.

Trend xəbər
verir ki, bunu bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində
keçirilən Xüsusi Sesiyada Avropa İttifaqının Mərkəzi Asiya üzrə
xüsusi nümayəndəsi Eduards Stiprais çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün məsələlərdə tam uyğunluq olmasa da,
bu sahələrdə əməkdaşlıq aparılır:




“Transxəzər boru kəməri marşrutunun reallaşdırılması üçün ciddi
səylər göstəririk. Bu marşrut vasitəsilə Qərbdən Mərkəzi Asiyaya
çıxış təmin oluna bilər. Çin tərəfdaşları isə daha çox şərq
istiqamətində layihələr həyata keçirirlər. Onlar Qırğızıstan və
Özbəkistan vasitəsilə Fərqanə vadisinə qədər uzanan boru kəməri
layihələri üzərində işləyirlər və bu xətt sonradan Türkmənistana
doğru davam edə bilər. Beləliklə, gələcəkdə Azərbaycanın
sahillərinə çıxış imkanları da yarana bilər.

Bu prosesdə Tacikistanın xüsusi rolu var. Tacikistanda
təhlükəsizlik məsələləri, xüsusilə Əfqanıstan ərazisindən gələn
təhdidlər səbəbindən ciddi narahatlıq doğurur. Orada mövcud olan
de-fakto hakimiyyət ya istəmir, ya da sərhəddə təhlükəsizliyi tam
təmin etmək iqtidarında deyil. Xaricdən gəlmiş bir neçə min
terrorçu qruplaşmanın mövcudluğu region üçün real təhlükə
yaradır.

Bu səbəbdən həmin təhlükəsizlik balansının pozulması Avropa üçün
də böyük risk deməkdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir