Kart ödənişlərində elektron ticarətin payı 61%-ə yüksəlib – AMB

Baş səhifə

Bakı. Trend:

Nağdsız ödənişlərdən istifadənin genişlənməsi istehlakçı
davranışlarına da təsir göstərib, kart sahibləri tərəfindən daha
çox rəqəmsal ödəniş kanallarına üstünlük verilib.

Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2020-ci
ildə kart əməliyyatlarının say üzrə 41.7%-i bankomatlar vasitəsilə
aparıldığı halda, 2025-ci ildə bu göstərici 7.4%-ə enib.




Məlumatda eyni zamanda vurğulanıb ki, bankomatlarla aparılan
əməliyyatların həcmi üzrə də oxşar tendensiya müşahidə edilir.

“Kartlarla aparılan əməliyyatlarda POS-terminal ödənişlərinin
say üzrə çəkisi 2020-ci ildə 23.9% olduğu halda, 2025-ci ildə
müvafiq göstərici 31.4%-ə yüksəlib. Elektron ticarət
əməliyyatlarının kart əməliyyatlarında say üzrə çəkisi 2020-ci ildə
34.4% olduğu halda, 2025-ci ildə müvafiq göstərici 61.2% təşkil
edib. Həcm üzrə müvafiq göstərici isə 14.7%-dən 58.9%-ə yüksəlib”,
– məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir