Xaçmazın şəhər, qəsəbə və kənd qəbiristanlıqlarında geniş iməcilik aksiyaları keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
qarşıdan gələn Novruz bayramı ərəfəsində şəhər, qəsəbə və kənd
qəbiristanlıqlarında geniş iməcilik aksiyaları təşkil olunub.

Trend xəbər
verir ki, Xaçmaz şəhəri və Qaraqurtlu qəbiristanlıqlarında
keçirilən təmizlik aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev də iştirak edib.

İməciliklər zamanı qəbiristanlıqların əraziləri zibildən və
lazımsız bitkilərdən təmizlənib, abadlaşdırma istiqamətində işlər
görülüb.




Sakinlərlə həmsöhbət olan icra başçısı bildirib ki, Novruz
bayramı ərəfəsində keçirilən belə iməciliklər artıq ənənəvi
xarakter daşıyır. Məqsəd qəbiristanlıqların səliqə-sahmana
salınması və ziyarətə gələnlər üçün rahat şəraitin
yaradılmasıdır.

Təmizlik işlərində kommunal xidmət işçiləri ilə yanaşı, yerli
sakinlər də fəal iştirak ediblər. Sakinlər belə tədbirlərin
təşkilinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.

Qeyd edək ki, bayram ərəfəsində aparılan təmizlik və abadlıq
işləri rayonun bütün qəbiristanlıqlarını əhatə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir