Finlandiya nüvə silahına sahib ola bilər – KİV

Baş səhifə

Bakı. Trend:

Fransa regionda və ümumilikdə Avropada Rusiyanın qarşısını almaq
məqsədilə Finlandiyaya nüvə silahı verə bilər.

Trend xəbər verir
ki, bu barədə “The National Interest” nəşri yazır.

Martın əvvəlində Fransa prezidenti Emmanuel Makron Avropanın
qalan hissəsinin Fransanın “nüvə çətiri” ilə qorunmasını təklif
edib. İlkin müzakirələrdə Finlandiya ilə birlikdə NATO-ya qoşulan
İsveç də daxil olmaqla səkkiz ölkə iştirak edir.




KİV qeyd edir ki, Finlandiya hökuməti müvafiq düzəlişi qəbul
edərsə, ölkə öz ərazisində Fransa nüvə silahını yerləşdirə
biləcək.

Xatırladaq ki, bir müddət əvvəl Finlandiyanın müdafiə naziri
Antti Hyakkyanen “müdafiə ilə bağlı” vəziyyətlərdə nüvə silahının
ölkəyə gətirilməsinə, daşınmasına, çatdırılmasına və saxlanmasına
icazə verilməsinin hökumət tərəfindən təklif edildiyini
bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir