Qaradağ rayonunda yerləşən tarixi karvansaranın ətrafında təmizlik aksiyası keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti tərəfindən Qaradağ rayonunda yerləşən,
ölkə əhəmiyyətli memarlıq abidəsi olan (108 inventar nömrəli)
karvansaranın ətrafında təmizlik aksiyası keçirilib.

Bu barədə Trend-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Dövlət Xidmətinin, Bakı Regional
İdarəsinin, Qobustan Milli Tarix-Bədii Qoruğunun və Qaradağ rayonu
Səngəçal bələdiyyəsinin əməkdaşları iştirak ediblər.




Aksiya çərçivəsində tarixi abidənin ətrafı məişət
tullantılarından təmizlənib, ərazidə abadlıq və səliqə-sahman
işləri görülüb.

Qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisində
bir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçal
karvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşa
olunan abidə tarixən karvan yollarından istifadə edən tacirlərin və
səyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərə
qədər isə iaşə obyekti kimi istifadə olunub.

Tarixi abidələrin qorunması, ətraf-mühitin mühafizəsi, yaşıllıq
zonalarının təmizlənib genişləndirilməsi, eləcə də vətəndaşların
mədəni irs nümunələrinin mühafizəsinə diqqətinin daha da
artırılması məqsədi daşıyan bu kimi aksiyaların davamlı təşkil
olunması planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir