Ağcabədidə iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Baş səhifə

Ağcabədi. Trend:

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-i yerli
müxbirinin əldə etdiyi məlumata görə, hadisə ötən gecə rayonun
Rəncbərlər kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Saya
Vüsal oğlu Mehralızadənin idarə etdiyi “Chevrolet” markalı, 77 EH
053 dövlət qeydiyyat nişanlı avtomobil Rövşən Sərdar oğlu
İsmayılova məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində “VAZ-2106” markalı avtomobil idarəetmədən
çıxaraq yol kənarındakı dərəyə aşıb.




Qəza zamanı “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, onun
sərnişini Eldəniz Əbülfət oğlu Məmmədov, həmçinin “Chevrolet”in
sürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Gülüm
İxtiyar qızı Mehralıyeva müxtəlif dərəcəli bədən xəsarətləri
alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir