
Bakı. Trend:
Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar
qeydə alınıb. Naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın
olan məişət əşyalarını talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli
bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Mehman Quliyev müəyyən
edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

