
Bakı. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov Serbiyanın
Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc
medal əldə edib.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Güləş Federasiyası sosial şəbəkə hesabında
məlumat yayıb.
67 kq çəki dərəcəsində çıxış edən Fərid Xəlilov bürünc medal
uğrunda qarşılaşmada macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə
məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, bu nəticə Azərbaycanın turnirdə qazandığı beşinci
bürünc medal olub. Bundan əvvəl sərbəst güləşçilər Musa Ağayev (65
kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı
(55 kq) da bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun
vurulacaq.

