Azərbaycan cüdoçuları daha iki medal qazanıblar

Baş səhifə

Bakı. Trend:

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər
arasında Avropa Açıq Turniri başa çatıb.

Trend xəbər verir
ki, yarışın son günündə Azərbaycan millisinin daha iki üzvü fəxri
kürsüyə yüksəlib.




+100 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev
gümüş medal qazanıb. 100 kiloqram çəki dərəcəsində çıxış edən Elmar
Qasımov isə turniri bürünc medalla başa vurub.

Xatırladaq ki, turnirin ilk günündə Azərbaycan cüdoçusu Tofiq
Məmmədov (66 kiloqram) da üçüncü yeri tutaraq bürünc medal əldə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir