“İranın münaqişədə diktə etməsinə imkan verməyəcəyik" – Tram

Baş səhifə

ABŞ prezidenti Donald Tramp İranın Xark adasındakı əsas neft anbarını ələ keçirməyi düşünür.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrdən biri nəşrə bildirib ki, “Prezident Xark adası ilə bağlı heç bir qərar qəbul etməyib”. Lakin o əlavə edib ki, Hörmüz boğazının açılması səyləri uzanarsa, “qərar qəbul edilə bilər”.

Mənbə əlavə edib ki, “Prezident Tramp iranlıların münaqişənin gedişatını diktə etməsinə imkan verməyəcək”.

Başqa bir mənbə nəşrə bildirib ki, Tramp Xark adasını birbaşa ələ keçirmək ideyasını dəstəkləyir, çünki bu, Tehranı maliyyələşdirmədən məhrum etməklə “rejimə iqtisadi zərbə” olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir