BƏƏ dron və raket hücumuna məruz qalıb

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri bu dəqiqələrdə İrandan buraxılmış
raket və dron hücumuna məruz qalır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi
məlumat yayıb.

“BƏƏ hava hücumlarından müdafiə qüvvələri hal-hazırda İrandan
qaynaqlanan ballistic raket və dron təhdidlərinə cavab
verməkdədir”, -deyə qurumun rəsmi “X” səhifəsində qeyd olunur.

Bundan bir müddət əvvəl Dubay şəhərinin administrasiyası dron
hücumu ilə əlaqəli incident nəticəsində aeroport yaxınlığında
yanğının meydana gəldiyini və uçuşların müvəqqəti olaraq
dayandırdıldığını elan etmişdi.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir