
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) ayın əvvəlində “Hizbullah”
hərəkatının İsrailə hücumlara başlamasından sonra genişləndirilmiş
bufer zonanın bir hissəsi kimi Livanın cənubunda əsas hədəflərə
qarşı məqsədli quru əməliyyatına başladığını elan edib.
Trend xəbər verir
ki, bu barədə “Times of Israel” məlumat yayıb.
IDF-in məlumatına görə, bölgəyə əlavə qüvvələr yeridilib:
“91-ci “Qalileya” diviziyası şənbə günü gec saatlarda Livanın
cənubunun şərq sektorunda həmlə əməliyyatına başlayıb. Əməliyyat
zamanı hərbçilər Hizbullahın bir neçə üzvü ilə qarşılaşıb və onları
zərərsizləşdiriblər”.
İDF bildirir ki, əməliyyat ön müdafiə zonasının
genişləndirilməsi məqsədi daşıyır.
“Əməliyyatın hədəflərinə terror infrastrukturlarının məhv
edilməsi və bölgədə fəaliyyət göstərən terrorçuların
zərərsizləşdirilməsi daxildir. Məqsəd təhdidləri aradan qaldırmaq
və şimal bölgəsinin sakinləri üçün əlavə təhlükəsizlik təbəqəsinin
yaradılmasıdır”, – deyə İDF bildirib.

