
Bakı. Trend:
ABŞ ordusuna məxsus “Boeing KC-135 Stratotanker” modelindən olan
3 ədəd yanacaqdoldurma təyyarəsi Rumıniyaya çatıb. Ölkənin 90 saylı
hərbi hava bazasına eniş edən təyyarələr İrana qarşı əməliyyatlarla
əlaqədar Yaxın Şərq bölgəsinə yönləndiriləcəklər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təyyarələr hazırda Buxarestdə yerləşən 90-cı
aviabazada saxlanılır. Orada onlara əlavə yanacaq doldurulacaq və
daha sonra ölkənin şərqində yerləşən Mixail Koqelniceanu
aviabazasına köçürüləcəklər.
Daha əvvəl “Digi24” xəbər vermişdi ki, ABŞ Mixail Koqelniceanu
aviabazasından İrana qarşı əməliyyatlar üçün istifadə imkanının
verilməsi ilə bağlı müraciət Rumıniya hökümətinə rəsmi müraciət
edib edib.

