
Bakı. Trend:
Bu ilin martın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda
olan 54.869 vergi ödəyicilərinin sayı 54.869 nəfər olub.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Məlumata görə, vergi ödəyicilərinin 94.7 faizi fiziki şəxslər,
5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,4
faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin
sayı isə 5 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin
müvafiq dövrü ilə müqayisədə 14,3 faiz artaraq 1.815 vahid olub.
2026-cı ildə kommersiya qurumlarının 84,1 faizi elektron, 15,9
faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

