
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin əsas dəniz limanı olan Fuceyrə
dron hücumuna məruz qalıb. Hadisədən sonra limanda gəmilərə neftin
yüklənməsi dayandırılıb.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Liman bundan bir neçə gün əvvəl də İrana məxsus pilotsuz uçuş
aparatının hücumuna məruz qalmış və nəticədə liman ərazisində
yanğın baş vermişdi. Yükləmə işləri yalnız həftəsonu bərpa
olunmuşdu.
Qeyd edək ki, Fuceyrə neft və yanacaq materiallarının daşınması
baxımından qlobal strateji əhəmiyyətli limanlardan sayılır.
Əbu-Dabidəki əsas neft yataqlarına qədər uzanan boru kəmərinin son
nöqtəsində yerləşən liman həm Birləşmiş Ərəb Əmirlikləri, həm də
dünya bazarı üçün mühüm əhəmiyyət kəsb edir.

