
Bakı.Trend:
Yanvar ayında təyin olunan aylıq pensiyaların orta məbləği ötən
ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artıb.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında
qeyd edilir.
Hesabata görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial
Müdafiə Fondunda 1098,9 min (ötən ilin yanvarın 1-i vəziyyətinə
1098,3 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin
10,7 faizini təşkil edir.
Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq
dövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil etmiş və
orta aylıq əməkhaqqının 49,1 faizinə bərabər olub.

