Azərbaycanda bu şəxslər 2 min manatadək cərimə ediləcəklər

Baş səhifə

Bakı. Trend:

Qrant alınması və ya verilməsi haqqında qanunvericiliyin
pozulmasına görə yeni cərimlər müəyyənləşəcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu, İnsan hüquqları komitələrinin martın 12-də keçirilən
videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində
öz əksini tapıb.




Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının
resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti
təchizatçıları tərəfindən “Qrant haqqında” Qanunla müəyyən edilmiş
qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında
müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı
digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2
500 manatdan 5000 manatadək
məbləğdə, hüquqi şəxslər
5000 manatdan 8000 manatadək məbləğdə cərimə
edilir.

Qanun layihəsinə əsasən, eyni əmələ görə fiziki şəxslər
1000 manatdan 2000 manatadək məbləğdə cərimə
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir