Azərbaycanda 76 mindən çox ailə ünvanlı sosial yardım alır

Baş səhifə

Bakı.Trend:

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları
hesabına verilənlər istisna olmaqla, 38,8 min ailəyə 40,3 min
uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər
çəkmiş 3,7 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza
çəkməkdən azad edilmiş 6,1 min nəfərə birdəfəlik müavinətlər
verilib.

Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında
qeyd edilir.




Hesabata görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min
aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı
almış və onun bir nəfərə düşən orta aylıq məbləği 95,7 manat təşkil
edib.

Müxtəlif kateqoriyadan olan 406,9 min şəxsə Azərbaycan
Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd
təyin olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir