İran atəşkəs üçün müraciət etməyib – Əraqçi

Baş səhifə

Bakı. Trend:

İran hazırda davam edən hərbi eskalasiya ilə əlaqədar hər hansı
tərəfə atəşkəs üçün müraciət etməyib.

Trend-in
məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi
bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran bu müharibənin bir daha
təkrarlanmayacaq şəkildə bitməsini istəyir.

Əraqçi qeyd edib ki, İran öz müqavimətini heç bir problem
olmadan davam etdirir:

“İranın özünü müdafiə etməkdə heç bir şübhəsi yoxdur və
müharibəni istənilən istiqamətə qədər davam etdirmək gücü var”.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir