Milli Məclisin sədri Parlamentlərarası İttifaqın prezidenti Tulia Aksonla görüşüb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova XIII Qlobal Bakı Forumunda
iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Parlamentlərarası
İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakı Forumu, tədbir çərçivəsində aparılan
müzakirələrin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Spiker
Sahibə Qafarova indiki gərgin regional və beynəlxalq vəziyyət
fonunda Azərbaycanın sülh və dialoq naminə göstərdiyi səyləri qeyd
edərək, bu çərçivədə Qlobal Bakı Forumunun beynəlxalq ictimaiyyəti
narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm
platforma təşkil etdiyini vurğulayıb.

Tulia Akson da Qlobal Bakı Forumunun beynəlxalq platforma kimi
mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin, Azərbaycan
və Ermənistan arasında sülh prosesində Prezident İlham Əliyevin
oynadığı mühüm rolu və təşəbbüslərini yüksək qiymətləndirərək,
bunun dövlətlər arasında problemlərin həlli üçün bir model olduğunu
bildirib.

Söhbət zamanı beynəlxalq əməkdaşlıq məsələləri də nəzərdən
keçirilib. Azərbaycan Milli Məclisinin Parlamentlərarası İttifaq
çərçivəsində fəal təmsilçiliyindən, bu beynəlxalq təşkilatla
Azərbaycan parlamenti arasında əməkdaşlığın mövcud səviyyəsindən
razılıq ifadə olunub. Həmçinin, Qoşulmama Hərəkatının Parlament
Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında da əməkdaşlıqla
bağlı fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir