İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçdü

Baş səhifə

Bakı. Trend:

İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya
müvəqqəti olaraq Bakıda fəaliyyətini davam etdirir, bu barədə
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “X” hesabında
yazıb.

Nazir qeyd edib ki, Tehranda təhlükəsizliklə bağlı vəziyyət son
dərəcə qeyri-müəyyən olaraq qalır.




“İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq
İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli
əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik
Bakıda işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyət
son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər
Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi
tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır”, –
nazir bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir