Şəmkirdə qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

Şəmkir rayonunda qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat
yayıb.

Bildirilir ki, Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin Kür
QPS-dən qidalanan diametri 325 mm olan Kür qəsəbə qaz kəmərində
Təmiz Qaz QSC tərəfindən qaz sızması və itki aşkar edilib.




Aşkarlanan nasazlığın aradan qaldırılması məqsədilə 17 mart
2026-cı il tarixində saat 10:00-dan etibarən qaz təchizatının
dayandırılması planlaşdırılır.

Qaz verilişi işlər yekunlaşanadək dayandırılacaq. Fasilə
müddətində Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad və
Qapanlı kəndlərinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Ümumilikdə 3369 abonentin qaz təminatında fasilə olacağı
bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir