
Bakı. Trend:
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald
Trampın Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün hərbi
gəmilər göndərmək tələbinə etiraz edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“O, bizim müharibəmiz deyil, biz onu başlamamışıq. Biz
diplomatik həll yollarını və tez bir zamanda bitməsini istəyirik,
lakin bölgəyə daha çox hərbi gəmi göndərmək buna çox güman ki,
kömək etməyəcək”, o bildirib.
Pistoriusun sözlərinə görə, bu yolu ABŞ və İsrail birlikdə
seçib.
Bundan əvvəl Ağ Ev rəhbəri Britaniya və bir sıra NATO
müttəfiqlərini İrana qarşı əməliyyatlarada ABŞ-a dəstək
olmadıqlarına görə tənqid etmişdi. Tramp bu faktı unutmayacaqlarını
xüsusi olaraq qeyd etmişdi.

