Xocavənddə bir sıra evlərin təmirinə başlanılır – 3,2 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Xocavənd rayonlarının bir sıra kəndlərində fərdi evlərin təmir
işlərinə başlanılır.

Trend-in
məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti artıq bunula bağlı müvafiq işlrə start
verib.

Məlumata görə, rayonun Quzumkənd, Cütçü, Qarakənd, Kiş kəndləri
ərazisində fərdi evlərin təmir işlərinə müəllif nəzarəti işləri
həyata keçiriləcək.




Bundan başqa, Tuğ, Məmməddərə, Zərdanaşen, Qağartsı, Böyük
Tağlar kəndləri ərazisində 637 ədəd fərdi evləri, Hadrut,
Qaradağlı, Cəmiyyət, Sos, Ağbulaq, Arpadüzü, Köhnə Tağlar, Görərçi,
Müşkabad, Çağaduz, Kəndxurt kəndləri ərazisində isə 639 ədəd fərdi
evlərin layihələndirilməsi işləi aparılacaq.

Dövlət xidməti sözügedən işlərlə bağlı “Himmen Construction” və
“ERA Design Group” Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) ilə
müqavilələr bağlayıb.

Bağlanmış müqavilələrə əsasən, ümumilikdə qeyd olunan işlərin
icrası 3,2 milyon manata başa gələcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir