Suriya hava məkanında uçuş qadağası uzadılıb

Baş səhifə

Bakı. Trend:

Suriyanın hava məkanında tətbiq edilən uçuş məhdudiyyətlərinin
müddəti ən azı 18 martın sonunadək uzadılıb.

Trend xəbər verir ki, bu
barədə Dəməşq Uçuşlara Nəzarət Xidməti açıqlama yayıb.




Bildirilib ki, Hələb hava limanına eniş və uçuş həyata keçirən
təyyarələr üçün nəzərdə tutulmuş üç dəhliz istisna olmaqla, ölkənin
hava məkanı 18 mart çərşənbə günü yerli vaxtla saat 21:00-a qədər
bağlı qalacaq.

Xatırladaq ki, Suriyanın hava məkanında məhdudiyyətlər 28 fevral
tarixində ABŞ və İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatdan
sonra tətbiq olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir