
Bakı. Trend:
“Barselona” mövsümün sonunda müqaviləsi başa çatan Andreas
Kristensenlə bağlı qərar verib.
Trend xəbər verir ki,
İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlamaq
istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Klub Kristensenə 2 illik müqavilə təklif edib. Yeni sözləşmədə
29 yaşlı mərkəz müdafiəçisinin hazırkı maaşının ikiqat azaldılması
nəzərdə tutulub. Təcrübəli oyunçu təklifi qəbul etsə, komandada
qalacaq.
Qeyd edək ki, Andreal Kristensen 2022-ci ilin yayında “Çelsi”dən
ayrıldıqdan sonra azad agent statusu ilə “Barselona”ya keçib.
Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin
heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

