
Bakı. Trend:
Gürcüstan iqtisadi və siyasi baxımdan inkişaf edir.
Trend xəbər verir ki, bunu
Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
O bildirib ki, Gürcüstan hakimiyyəti ölkəni təxribatlardan
qorumaq üçün daim hazırlıq vəziyyətindədir.
“Rustavi 2” telekanalında yayımlanan debat zamanı Baş nazir qeyd
edib ki, bəzi siyasi qüvvələr ölkədə qütbləşməni gücləndirməyə
çalışır və bu proses xaricdən dəstəklənir.
Kobaxidze vurğulayıb ki, hakimiyyət həm dövlətə, həm də kilsəyə
yönələn təxribatların qarşısını almağa çalışır. Ölkə üzərində ciddi
təzyiqlər mövcud olub, o cümlədən Gürcüstanın müharibəyə cəlb
olunması və sanksiyalara məruz qalması ilə bağlı çağırışlar
səslənib.
Baş nazir əlavə edib ki, bəzi beynəlxalq qərarlar da Gürcüstan
üçün ədalətsiz olub.

