Litva Ukraynaya dəstək fonduna 10 milyon avro ayıracaq

Baş səhifə

Bakı. Trend:

Litva Ukraynanın bərpasına yönəlmiş Avropa İttifaqının Ukrayna
Fondu proqramına 10 milyon avro həcmində maliyyə töhfəsi
verəcək.

Trend xəbər verir ki, bu
barədə Litvanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, müvafiq saziş Brüsseldə Litvanın xarici işlər
naziri Kestutis Budris və Avropa İttifaqının genişlənmə məsələləri
üzrə komissarı Marta Kos tərəfindən imzalanıb.




Məlumata görə, ayrılan vəsait Litvanın Ukraynada iştirak etdiyi
prioritet istiqamətlərə yönəldiləcək. Bu istiqamətlərə təhsil
infrastrukturunun yenidən qurulması, mülki müdafiə sisteminin
gücləndirilməsi və məktəbəqədər təhsil sahəsində islahatlar
daxildir.

Qeyd edək ki, Litvanın 2022-ci ildən etibarən Ukraynaya
göstərdiyi ümumi yardımın həcmi 1,7 milyard avronu ötüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir