Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər verir ki, bu
mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə – 13 nəfər,
Aşağı Oratağ kəndinə 21 ailə – 108 nəfər, Heyvalı kəndinə 7 ailə –
34 nəfər, Çapar kəndinə 4 ailə – 17 nəfər, Həsənriz kəndinə 6 ailə
– 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə – 36 nəfər,
həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə – 131 nəfər
köçürülüb.




Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar,
Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu
kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhat
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin
torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna,
qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu
yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir