Hindistanda 6 Ukrayna və 1 ABŞ vətəndaşı terror şübhəsi ilə saxlanılıb

Baş səhifə

Hindistanda 6 Ukrayna vətəndaşı və 1 ABŞ vətəndaşı terror fəaliyyəti şübhəsi ilə saxlanılıb.

APA xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər Avropadan böyük partiya pilotsuz uçuş aparatlarının Hindistan ərazisi vasitəsilə Myanmaya qanunsuz daşınmasında iştirakda şübhəli bilinir.

İddialara əsasən, bu dronlar Myanmada fəaliyyət göstərən ekstremist qruplar üçün nəzərdə tutulub.

Hadisə ilə bağlı istintaq davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir