Tovuzda evdə partlayış: xəsarət alanlar var

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz
rayonu, Aşağı Quşçu kəndində fərdi yaşayış evində partlayış baş
verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri
əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində
yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən
olunub.




Partlayış nəticəsində evə ziyan dəyib, üç nəfər xəsarət
alıb.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq
təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir