Pakistan-Əfqanıstan münaqişəsi yenidən gərginləşib (VIDEO)

Baş səhifə

Bakı.Trend:

Ötən gecə Pakistan ordusu Kabil şəhərində və Nəngərhar
vilayətində Talibana aid obyektlərə zərbələr endirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Yayım
naziri Ataullah Tarar bildirib.

Tarar qeyd edib ki, hücumların hədəfi hərbi obyektlər, sursat
anbarları və “terrorçu qruplaşmaların” dəstəklənməsi üçün istifadə
olunan infrastruktur olub.




Əfqanıstan hakimiyyəti isə Pakistanı Kabildə narkotik
asılılığından müalicə mərkəzinə zərbə endirməkdə ittiham edib.

Hökumət nümayəndələri bildiriblər ki, hücum nəticəsində 400-ə
qədər insan həlak olub, təxminən 250 nəfər yaralanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir