
Bakı. Trend:
Bakıda yaşayış binasında yanğın söndürülüb sakinlər təxliyə
edilib
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış
binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin
qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Qeyd olunur ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina
sakinləri təxliyə edilib.
xxx
12:10
Bakıda yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai
rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş
verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb
edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

