Azərbaycanda kino sənaye parkının yaradılması planlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Mədəni yaradıcı parklar və sənaye parkları ilə bağlı müəyyən
layihələr üzərində iş aparılır.

Trend xəbər
verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli
Məclisin bugünkü plenar iclasında “Mədəniyyət haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı
deyib.




Nazir müavini bildirib ki, mədəni və yaradıcı sənayelərin tərkib
hissəsi olan kino sənaye parkının yaradılması planlaşdırılır. Bu
park Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının
bazasında qurulacaq.

“Lakin bu layihə Qobustan qoruğu ərazisində həyata keçirilə
bilməz. Çünki qoruqla bağlı qanunvericilik məhdudiyyətləri
mövcuddur. Bununla belə, mədəni və yaradıcı sənayelərlə bağlı
layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə, pilot
layihələr və çoxfunksiyalı məkanlar şəklində həyata keçiriləcək”, –
deyə S.Yusifova qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir