Azərbaycanın əmtəə idxalı 3%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci il üzrə əmtəə idxalı ötən ilə nəzərən (ö.i.n.) 3.1%
artaraq 17.7 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.




Məlumata görə, hesabat dövründə istehlak mallarının idxalının
ümumi dəyəri 7.1 milyard dollar olub, bunun da 2.5 milyard dolları
ərzaq məhsullarının payına düşür: “Qeyri-neft-qaz sektoru üzrə
idxal 3.2% artaraq 15.2 milyard dollar olub. Qeyri-neft-qaz
idxalının strukturunda: uçuş aparatlarının (7.3 dəfə); dəmiryol
nəqliyyat vasitələrinin (3.3 dəfə); minik avtomobillərinin (36.7%);
tərəvəz məhsullarının (25.8%); alkoqollu və alkoqolsuz içkilərin
(15.4%); ətir və kosmetik vasitələrin (13.9%); tütün və tütün
məhsullarının (11.1%); şəkərin (7.7%); traktorların (6.3%); kağız
məmulatlarının (4.6%); kərə yağının (4.2%); əczaçılıq məhsullarının
(3.9%) və qazanlar, avadanlıq, mexaniki qurğuların (3.6%) idxalı
artmışdır. Bu dövrdə, turboreaktiv mühərriklərin (89.7%); gəmilər,
qayıqlar və üzən konstruksiyaların (40.6%); mexaniki kürək və
ekskavatorların (38.4%); kommutasiya qurğularının (33.4%); yük
avtomobillərinin (29.7%); daxiliyanma mühərriklərinin (27.7%);
hesablama maşınlarının (22.2%); mebel mallarının (12.8%); dənli
bitkilərin (8.1%); daş və şüşə məmulatlarının (6.4%); ağac
məmulatlarının (5.6%); metalların (4.2%); kran, klapan, boru kəməri
armaturlarının (3.4%); sabun və yuyucu vasitələrin (3.0%) vəbitki
yağlarının (1.2%) idxalı isə azalıb”.

Qeyd edilib ki, idxalın strukturunda xarici investisiyalar
hesabına gətirilmiş maşın-avadanlıqların vəmalların xüsusi çəkisi
3.8% təşkil edərək 0.7 milyard dollar olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir