Saxta video, real cəza: Azərbaycanda yeni qanun

Baş səhifə

Bakı. Trend:

Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi
proqram təminatları vasitəsilə foto, video və ya audio materialları
hazırlama və ya yayma cinayət hesab ediləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Cinayət-Prosesual Məcəllədə dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun
görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt
texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə
reallığı əks etdirməyən foto, video və ya audio materialları
hazırlama və ya həmin materialları mediada, kütləvi etdirildiyi
halda internet nümayiş informasiya ehtiyatlarında və ya
informasiya-telekommunikasiya şəbəkələrində yayma
3000 manatdan 7000 manatadək
miqdarda cərimə və ya 360 saatdan
480 saatadək ictimai işlər və ya
3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı
törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu
nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti
vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun
özü və ya yaxın qohumlarına qarşı törədildikdə 3
ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.




Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsi

Qanun layihəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında
cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və prokurorun
təşəbbüsü ilə yuxarıda göstərilən cinayətlərə görə də həyata
keçiriləcək.

Mövcud qanunvericiliyə görə, ictimai-xüsusi ittiham
qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan
prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla
bilər:

  • törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə
    toxunduqda;
  • cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər
    vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
  • cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz
    vəziyyətdə olan şəxs barəsində törədildikdə;
  • cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu
    törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində
    törədildikdə;
  • cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət
    məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs
    tərəfindən və ya ona qarşı törədildikdə.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir