Bakı məktəbində şagird ikinci mərtəbədən yıxıldı

Baş səhifə

Bakı. Trend:

Bu gün saat 10:25 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu,
233 saylı məktəbdən çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası
cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2011-ci il təvəllüdlü
yeniyetməyə (kişi) sol ayağın küt zədəsi diaqnozu ilə yerində tibbi
yardım olunub.




Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin məktəbdə baş verdiyi
barədə iddialar yayılıb.

Yayılan məlumatlara görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi
ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbin 8-ci
sinif şagirdi dərsdən qaçmaq istəyərkən ikinci mərtəbədən
tullanıb.

Hadisə ilə bağlı məktəbə sorğu ünvanlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir