Dilənçiliklə məşğul olanlar 200 manatadək cərimə ediləcək

Baş səhifə

Bakı. Trend:

Dilənçiliklə məşğul olma əməli artıq avaralıq sayılmayacaq və
yeni cərimələr tətbiq ediləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dilənçiliklə məşğul olmağa görə
xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200
manatadək
məbləğdə cərimə ediləcək və ya işin halları və
pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin
tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə
inzibati həbs tətbiq olunacaq.

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanunvericiliyə
görə, dilənçiliklə məşğul olma əməli
avaralıq hesab edilir.




İnzibati Xətalar Məcəlləsinə əsasən, avaralıqla məşğul olmağa
görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə,
xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin
tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə
inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər xəbərdarlıq ediləcək və ya 20 manatdan 25
manatadək
məbləğdə cərimə edilməklə və ya edilməməklə
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılır.

Burada “avaralıqla məşğul olan” dedikdə müəyyən
yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı
işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında”
Qanunla müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi
qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda
oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər
başa düşülür.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir