“İCMAL” informasiya sistemi altsistemi kimi yenidən təşkil edilir

Baş səhifə

Bakı. Trend:

“İCMAL” informasiya sistemi “İCMAL” altsistemi kimi yenidən
təşkil ediləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar videokonfrans
formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.

Layihədə bildirilib ki, “İCMAL” informasiya sistemi “Rəqəmsal
dövlət maliyyəsi” informasiya sisteminin tərkibində “İnzibati
cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi, yəni “İCMAL” altsistemi kimi yenidən təşkil ediləcək.




Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair
məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət
funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını
təmin edəcək.

“İCMAL” altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq
edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə
növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron
qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına
hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi
və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini
təmin edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir