Qayda pozan sürücülərə protokol verilməsi ilə bağlı yenilik

Baş səhifə

Bakı. Trend:

İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada
verilməsi qaydalarında dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.




Qanun layihəsinə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol
hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından
istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati
tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında
protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə
rəsmi qaydada veriləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir