
Bakı. Trend:
İnnovasiya lideri Bakcell Elektron Hökumət İnformasiya
Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq
qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə
keçirib.
Bakcell sistem vasitəsilə kağız əsaslı sənəd dövriyyəsini
minimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsiz
şəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiya
proseslərin daha da optimallaşdırılmasına, əməliyyat
səmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyinin
gücləndirilməsinə xidmət edir.
Bu addım Bakcell-in rəqəmsal transformasiya strategiyasının
tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf prinsiplərinə
sadiqliyini bir daha təsdiqləyir
Qeyd edək ki, bu addım Bakcell-in rəqəmsal transformasiya
strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf,
həmçinin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG)
prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən yaradılan
RSD altsistemi inteqrasiya olunmuş tərəflərin elektron sənəd
dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz
qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və
sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edir.
Təkmil sertifikatlı gücləndirilmiş elektron imzalarla isə
məlumatların məxfiliyi və bütövlüyü qorunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL
Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

