Xaçmazda Ramazan və Novruz münasibətilə ağacəkmə aksiyası keçirildi(FOTO)

Baş səhifə

Xaçmaz rayonunda Azərbaycan Respublikasında elan olunmuş
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində qarşıdan gələn Ramazan və
Novruz bayramları münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası
keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan
tədbir Xudat–Nabran avtomobil yolunun kənarını əhatə edib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon
prokuroru Rəşad Məmmədov, idarə və müəssisələrin rəhbərləri və
ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Ekoloji tədbir çərçivəsində avtomobil yolunun kənarına 1000 ədəd
şam ağacı əkilib. Əkilən ağaclar yerli iqlim şəraitinə uyğun
olmaqla rayonun ekoloji balansının yaxşılaşdırılmasına, havanın
təmizlənməsinə və yaşıllıq zonalarının genişləndirilməsinə mühüm
töhfə verəcək.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əkilən ağaclara
vaxtında aqrotexniki qulluq göstərilməsi üçün cavabdeh şəxslərə
müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz
rayonunda yaşıllaşdırma aksiyaları il ərzində davam
etdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir