“Real” legionerini satmağa hazırdır

Baş səhifə

Bakı. Trend:

“Real” onları məmnun edən təklif alarsa, Eduardo Kamavinqa ilə
bu yay yollarını ayırmağa hazırdır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “kral klubu” Fransa yığmasının
üzvünü satmağı planlaşdırır.

23 yaşlı yarımmüdafiəçi mövsümü zədələrlə yadda qalıb: o, La
Liqanın 20 oyunundan yalnız 12-sində start heyətində yer alıb.




Premyer Liqanın ən yaxşı klubları Kamavinqa ilə maraqlanır və
“Real” onu ən azı 50 milyon avroya buraxacaq.

Kamavinqa “Renn”in yetirməsidir. O, 2021-ci ildə bu klubdan
İspaniya nəhənginə keçmişdi. Futbolçunun “Real”la müqavilə müddəti
2029-cu il iyunun 30-na qədərdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir