Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər

Baş səhifə

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və  1,233 qram metamfetamin  aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir