
Bakı. Trend:
2025-ci ildə Fransanın Azərbaycana birbaşa xarici
investisiyaların həcmi 134,317 milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 12,4 milyon dollar və
ya 10,2% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Fransadan reallaşan investisiyaların payı 2% təşkil
edib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Fransa
iqtisadiyyatına 28,314 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki
ildəki göstərici ilə müqayisədə 41,712 milyon dollar və ya 47,3%
çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Fransaya
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1% təşkil
edib.
2024-cü il ərzində Fransadan Azərbaycana birbaşa xarici
investisiyaların ümumi həcmi 121,910 milyon dollar, əks istiqamətdə
isə 19,224 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa
xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu
isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və
ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici
ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

