Azərbaycan buğda idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 57,896 milyon ABŞ
dolları dəyərində 257,3 min ton buğda idxal edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 17,4 milyon ABŞ dolları və ya 43%, həcm baxımından isə
70 min ton və yaxud 37,2% çoxdur.




Hesabat dövründə buğda idxalı ölkənin ümumi məhsul idxalında
0,98% paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkəyə 439,081
milyon ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib. Bu
isə bir il əvvəlki göstərici ilə müqayisədə 24,3 milyon ABŞ dolları
və ya 5,9% artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir