İran FİFA 2026 dünya çempionatı oyunlarını Meksikada keçirmək istəyir

Baş səhifə

Bakı. Trend:

İran 2026-cı il futbol üzrə dünya çempionatı oyunlarını
Meksikada keçirmək üçün FIFA ilə danışıqlar apardığını açıqlayıb.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası bu xəbərlərə
münasibət bildirib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ali futbol qurumu bütün üzv
assosiasiyalarla, o cümlədən İranla daimi təmasda olduqlarını,
lakin bütün komandaların 2025-ci il dekabrın 6-da təsdiqlənmiş
rəsmi cədvələ uyğun mübarizə aparacağını vurğulayıb. Bu isə o
deməkdir ki, hazırda oyunların yerinin dəyişdirilməsi
planlaşdırılmır.




Qeyd edək ki, Asiya zonasından vəsiqə qazanan İran seçməsi
mundialın G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə
aparacaq. Mövcud təqvimə əsasən, iranlılar Yeni Zelandiya və
Belçika ilə Los-Ancelesdə, Misirlə isə Sietldə
qarşılaşmalıdırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir