
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb.
Trend İTV-yə
istinadən xəbər verir ki, saxlanılan şəxsin telefonunda olan
görüntülər 18 + saytlardan götürülüb.
Bildirilib ki, kadrda olan isə belə saytlarda “amber lulu”
ləqəbli qadındır. Onun əsl adı, yaşadığı ünvan da istintaqa
məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət
qədər şəkli var.
“Başqa sözlə aparılan bütün kampaniya böyük yalan üzərində
qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini “bloqer”
adlandıranlar, əlbəttə ki, bilirlər”, – deyə İTV-nin sujetində
bildirilib.

