Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb – YENİLƏNİB

Baş səhifə

Ağdam rayonunda minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

APA xəbər verir ki, hadisə “KIA” markalı minik avtomobilinin iştirakı ilə baş verib.

Qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb və Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***
23:25

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir